Yös Bloqu

YÖS imtahanlarına müraciət

YÖS imtahanına müraciət etmək üçün məlumatları universitetlərin rəsmi internet saytından izləyə bilərsiniz. Qeydiyyatlar adətən fevral və mart aylarında başlayır. Universitetlər may və iyun aylarına qədər YÖS müraciətlərini qəbul edir. Nəticələr isə ali təhsil ocaqlarının rəsmi saytlarında siyahı formasında və ya elektron kabinetdə yerləşdirilir. Namizədlərdən minimum olaraq 40 bal toplamaları tələb olunur.
 YÖS-ə müraciət üçün tələb olunan əsas sənədlərə isə aşağıdakılar daxildir:
Rəqəmsal foto, şəxsiyyət vəsiqəsi / passport
Diplom/ tələbə sertifikatı
Akademik transkript
YÖS-ə müraciət üçün təqdim olunan universitetlərin siyahısı  isə hər il dəyişir. Lakin bəzi ali təhsil müəssisələri daimi olaraq YÖS imtahanını həyata keçirir. Bu siyahıya İstanbul, Cerrahpaşa, Marmara, Galatasaray, Yıldız Teknik, Ankara, Başkent, Ege, Dokuz Eylül, Anadolu, On Dokuz Mayıs, Akdeniz, Karadeniz Teknik, Trabzon, Selçuk, Çukurova, Uludağ, Mersin, Erciyes, Atatürk, Yüzüncü Yıl, Cumhuriyet, Celal Ba yar, Dumlupınar, Süleyman Demirel, Pamukkale, Uşak, Muğla, Alanya, İnönü, Gaziantep, Kocaeli, Karabük, Sakarya, Düzce, Kastamonu, Giresun universitetləri daxildir.

Üstünlüklərimiz

✓ Dərslərimiz İngiltərənin Oxford şəhərində yerləşən Oxford College tərəfindən xüsusi olaraq bizim üçün hazırlanmış “British English Learning” proqramı əsasında keçirilir
 Tələbələrin dil və digər biliklərinin inkişaf dinamikası hər ay xüsusi imtahan və test sistemi ilə yoxlanılaraq valideynlərə təqdim olunur.
 Dərsləri tədris edən müəllimlərin mərkəzimiz tərəfindən hazırlanan xüsusi imtahanlardan uğurla keçməsinə və ya beynəlxalq sertifikasiya dərəcələrinə sahib olmasına xüsusi diqqət göstərilir
 Nüfuzlu universitetlərlə əməkdaşlıq edən xaricdə təhsil şöbəmiz tərəfindən tələbələrin ali təhsil ocaqlarına qeydiyyatı zamanı eləcə də digər bütün mərhələrdə yaxından köməklik göstərilir.

YÖS nədir?

YÖS (Yabancı Uyruklu Öğrenci Sınavı) – Türkiyə universitetlərində təhsil almaq istəyən əcnəbi tələbələr üçün nəzərdə tutulan qəbul imtahanıdır. Türkiyənin bir çox dövlət və özəl universitetlərində tələbə adını qazanmaq üçün bu imtahan nəticəsi əsas götürülür. YÖS imtahan sualları universitetlərin  digər qəbul imtahanlarından fərqlənir. Bundan əlavə, namizədlər YÖS imtahanında iştirak etmək üçün tələb olunan şərtləri mütləq formada yerinə yetirməlidirlər. Bununla bağlı universitetlərin rəsmi saytlarında məlumat paylaşılır. İmtahanın nəticəsindən asılı olaraq tibb, mühəndislik, memarlıq, hüquq, əczaçılıq, psixologiya və müəllimlik kimi bir çox ixtisaslarda təhsil almaq mümkündür.
YÖS imtahanı adətən 80 sualı əhatə edir. Dünyagörüşündən 45 sualı, riyaziyyatdan 30-32 sualı, həndəsədən isə 3-5 sualı cavablamaq tələb olunur. Bəzi universitetlərdə YÖS imtahanları çərçivəsində namizədlərə fizika, kimya, biologiya, tarix, coğrafiya kimi fənlərdən də imtahan sualları təqdim edir. Suallar türk və ingilis olmaqla iki dildə təqdim olunur.
YÖS imtahan iştirakçılarının topladıqları ballara  uyğun olaraq bakalavriat və magistratura səviyyəsi üzrə universitetlərə qəbulları həyata keçirilir. YÖS keçid balları hər il müraciət edən şagird sayına və tələbələrin nəticələrinə görə dəyişir.
İmtahan müddəti 90 ilə 120 dəqiqə arasında dəyişir. Əksər universitetlərdə isə ilk 90 dəqiqə əsas götürülür.

YÖS imtahanına necə hazırlaşmaq olar?

Son dövrlər Türkiyədə təhsil sisteminin inkişafı dünyanın dörd bir yanından buraya tələbələrin axın etməsinə səbəb olur. Xarici tələbələrə böyük məmnuniyyətlə qapılarını açan bu  universitetlərdə isə müxtəlif qəbul üsulları mövcuddur. Nüfuzlu universitetlərdə təhsil almaq istəyən gənclər adətən YÖS imtahan nəticəsiylə buna nail olmağa çalışır. Onlar arasında yetərincə azərbaycanlı gənclər də təmsil olunur. Ölkəmizdə gənclərimizin inkişafına dəstək məqsədi ilə Qafqaz Təhsil Mərkəzində peşəkar mütəxəssislər tərəfindən YÖS hazırlıq kursları fəaliyyət göstərir. Mərkəzimiz sizə aşağıdakı xidmətləri təklif edir
 Hər bir şagirdin bilik və bacarıqlarına əsasən xüsusi öyrətmə metodu
 Dərslərin xaricdə təhsil almış peşəkar mütəxəssislər tərəfindən tədrisi;
 Tələbələrin istəyinə uyğun olaraq qrup və ya fərdi şəkildə dərslərin təşkili;
 Dərslərin onlayn və ya offlayn şəkildə təşkil olunmasını sərbəst şəkildə seçmək imkanı.

Xaricdə bakalavr təhsil üçün tələb olunan sənədlərə aşağıdakılar daxildir:
Orta məktəb attestatı;
3×4 fotoşəkil;
Xarici passport;
18 yaşa çatmamış gənclərin valideynləri tərəfindən arayış

Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası ərazisində tanınan xarici ali təhsil müəssisələri ilə bağlı hər hansı siyahı müəyyənləşdirilməyib. Ancaq tələbənin müraciət etdiyi universitetin həmin ölkədə dövlət səviyyəsində rəsmi qeydiyyatdan keçməsinə diqqət yetirmək tövsiyyə olunur. Qeyd edək ki, mərkəzimizdə namizədlərin diplomları ölkəmizdə və Avropada tanınan nüfuzlu universitetlərə qəbulu həyata keçirilir.

Qafqaz Təhsil Mərkəzində tələbələrin arzularına uyğun istədikləri xarici universitetlərdə tələbə adını qazanmaları təmin olunur. Namizədlər arasında Türkiyə, Polşa, Litva,Latviya, Ukrayna, Rusiya, Gürcüstan və s. kimi ölkələrin qabaqcıl ali təhsil ocaqlarına maraq göstərməsi üstünlük təşkil edir.

Ödənişsiz peşəkar mütəxəssis dəstəyi
Universitetlərə yüz faizlik qəbul zəmanəti
Əsgərlikdən möhlət hüququ
Büdcənizə uyğun universitetlərə qəbul
Viza alınmasına dəstək
Xarici ölkədə qarşılanma
Tələbələrin yataqxanalara və ya evlərə yerləşdirilməsi

Xarici universitetlərdə ortalama təhsil haqqları 300$-dan başlayır. Ümumilikdə isə təhsil haqqları ölkənin şəraitindən və təhsil alınacaq universitetin özəl yoxsa dövlət müəssisəsi olmasından asılı olaraq dəyişir.

Bəli, mərkəzimizdə tələbələrin istəyinə uyğun bütün təhsil formalarında (əyani,qiyabi,distant) qəbulları həyata keçirilir.

Nüfuzlu universitetlərin əksəriyyəti xarici tələbələr üçün geniş ixtisas siyahısı təqdim edir. Hüquq, iqtisadiyyat, tibb, kompüter elmləri, psixologiya, fizika, coğrafiya və s. kimi bir çox ixtisaslarda təhsil almağınız mümkündür.

 

Türkiyənin nüfuzlu universitetlərində tək attestat sənədiylə yaxud aşağıda qeyd olunan imtahanlardan yüksək nəticə toplamaqla tələbə adını qazanmaq mümkündür :
YÖS (Yabancı Öğrenci Sınavı)
SAT (Scholastic Aptitude/Assessment Test)
TÖMER ( Türk dili haqqında sertifikat)

Türkiyədə magistr təhsili üçün bakalavr diplomu yaxud aşağıdakı sertifikatlar tələb edilir:
ALES (Akademik Personel ve Lisansüstü Eğitimi Giriş Sınavı)
TOEFL (Test of English as a Foreign Language)