Xarici Universitetlərə Qəbul
Xarici Universitetlərə qəbul
Təcrübə göstərir ki, fərqli ölkədə təhsil almaq insan həyatı və karyerası üçün inanılmaz təcrübələr qazandırır. Həyatın sonrakı mərhələlərində isə əldə olunmuş biliklər, inkişaf planlaması, səmərəli vərdişlər öz müsbət nəticəsini göstərir. Qazandığımız uğurlar, sadiq dostlar, peşəkar təhsil, qayğısız əyləncə dolu günlərin çox hissəsi məhz gənclik illərinə təsadüf edir. Dünyanın bir çox universitetləri isə bu yolda gənclərə dəstək məqsədi ilə xarici tələbələrə güzəştli şərtlərlə tələbə olmaq şansı yaradır. Qafqaz Təhsil Mərkəzi isə öz növbəsində müxtəlif ölkələrin qabaqcıl ali təhsil ocaqları ilə əməkdaşlıq edərək azərbaycanlı gənclərin təhsil həyatının stimullaşdırılmasına öz töfhəsini verir. Namizədlərin Avropada və dünyada tanınan nüfuzlu universitetlərə qəbul olmaları təmin edilir. Bu günə qədər Polşa, Litva, Latviya, Ukrayna, Rusiya, Türkiyə və s. kimi ölkələrdə namizədlərin rəngarəng təhsil həyatına başlamasına nail olunub.
Türkiyədə nüfuzlu universitetlər:
- İstanbul Universiteti
- İstanbul Aydın Universiteti
- Marmara Universiteti
- Koç Universiteti
- Dokkuz Eylül Universiteti
- Polşanın məşhur universitetləri
- Leon Kozminiski Akademiyası
- Krakov Universiteti
- Varşava İqtisadiyyat Universiteti
- Lodz Universiteti
- Ekologiya və idarəçilik Universiteti
Xaricdə bakalavr təhsil üçün tələb olunan sənədlərə aşağıdakılar daxildir:
Orta məktəb attestatı;
3×4 fotoşəkil;
Xarici passport;
18 yaşa çatmamış gənclərin valideynləri tərəfindən arayış
Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası ərazisində tanınan xarici ali təhsil müəssisələri ilə bağlı hər hansı siyahı müəyyənləşdirilməyib. Ancaq tələbənin müraciət etdiyi universitetin həmin ölkədə dövlət səviyyəsində rəsmi qeydiyyatdan keçməsinə diqqət yetirmək tövsiyyə olunur. Qeyd edək ki, mərkəzimizdə namizədlərin diplomları ölkəmizdə və Avropada tanınan nüfuzlu universitetlərə qəbulu həyata keçirilir.
Qafqaz Təhsil Mərkəzində tələbələrin arzularına uyğun istədikləri xarici universitetlərdə tələbə adını qazanmaları təmin olunur. Namizədlər arasında Türkiyə, Polşa, Litva,Latviya, Ukrayna, Rusiya, Gürcüstan və s. kimi ölkələrin qabaqcıl ali təhsil ocaqlarına maraq göstərməsi üstünlük təşkil edir.
Ödənişsiz peşəkar mütəxəssis dəstəyi
Universitetlərə yüz faizlik qəbul zəmanəti
Əsgərlikdən möhlət hüququ
Büdcənizə uyğun universitetlərə qəbul
Viza alınmasına dəstək
Xarici ölkədə qarşılanma
Tələbələrin yataqxanalara və ya evlərə yerləşdirilməsi
Xarici universitetlərdə ortalama təhsil haqqları 300$-dan başlayır. Ümumilikdə isə təhsil haqqları ölkənin şəraitindən və təhsil alınacaq universitetin özəl yoxsa dövlət müəssisəsi olmasından asılı olaraq dəyişir.
Bəli, mərkəzimizdə tələbələrin istəyinə uyğun bütün təhsil formalarında (əyani,qiyabi,distant) qəbulları həyata keçirilir.
Nüfuzlu universitetlərin əksəriyyəti xarici tələbələr üçün geniş ixtisas siyahısı təqdim edir. Hüquq, iqtisadiyyat, tibb, kompüter elmləri, psixologiya, fizika, coğrafiya və s. kimi bir çox ixtisaslarda təhsil almağınız mümkündür.
Türkiyənin nüfuzlu universitetlərində tək attestat sənədiylə yaxud aşağıda qeyd olunan imtahanlardan yüksək nəticə toplamaqla tələbə adını qazanmaq mümkündür :
YÖS (Yabancı Öğrenci Sınavı)
SAT (Scholastic Aptitude/Assessment Test)
TÖMER ( Türk dili haqqında sertifikat)
Türkiyədə magistr təhsili üçün bakalavr diplomu yaxud aşağıdakı sertifikatlar tələb edilir:
ALES (Akademik Personel ve Lisansüstü Eğitimi Giriş Sınavı)
TOEFL (Test of English as a Foreign Language)