Təhsil Haqqı və İxtisaslar
Təhsil haqqı və ixtisaslar
Xaricdə təhsil almaq istəyən şəxsləri ən çox maraqlandıran məqamlardan biri təhsil haqqlarının nisbətən münasib olmasıdır. Bu baxımdan Qafqaz Təhsil Mərkəzində namizədlərin hansı istiqamətlərdə təhsil almaq istəyi ekspert komandası ilə birgə dəqiqləşdirilir. Daha sonra isə müvafiq universitetlərin seçilməsi ilə bağlı müzakirələr aparılır. Yekunda tələbənin istəklərinə uyğun münasib büdcəli ali təhsil ocaqlarına qeydiyyat olunmasına qərar verilir. Bundan başqa universitetlərdə illik ödənişlər təhsil müəssisəsinin dövlət və ya özəl olmasına, hansı şəhərdə yerləşməsinə görə dəyişir.
Qeyd edək ki, mərkəzimizdə bütün təhsil formaları (əyani, qiyabi, distant) üzrə namizədlərin hər hansısa dil tələbi olmadan, imtahanlarsız, tək attestat sənədi yaxud bakalavr diplomu (magistr təhsili üzrə) ilə xarici universitetlərə qəbulu həyata keçirlir. Tələbələrin xarici universitetlərə qəbulu zamanı onlara yalnız diplomları Azərbaycanda və Avropada tanınan nüfuzlu universitetlərin siyahısı təqdim olunur. Bu məsələyə olduqca diqqət ayırmaq önəmlidir. Çünkü düzgün seçilmiş universitet gələcəkdə gənclərin karyera qurmasında böyük maneələri aradan qaldırır.
İndi isə tələbələrin ən çox üz tutduğu ölkələrdə təhsil haqqlarına nəzər salaq:
Bakalavr pilləsi üzrə başlanğıc qiymətlər
- Latviya 1000-3000 avro
- Latviyada tibb təhsili 10000-15000 avro
- Litva 1300 avro
- Polşa 500-600 avro
- Türkiyə 200-600 azn
Magistratura pilləsi üzrə başlanğıc qiymətlər
- Latviya 1000-2500 avro
- Litva 2300 avro
- Polşa 1000-8000 avro
- Türkiyə 500-2000 azn
Qeyd edək ki, Ukrayna, Gürcüstan, Türkiyə və s. kimi ölkələrin əməkdaşlıq etdiyimiz universitetləri azərbaycanlı tələbələrin xüsusi endrimlərlə təhsil almasına habelə yataqxanalarda pulsuz və ya kiçik ödənişlər (aylıq təxminən 20-30 dollar) müqabilində qalmalarına şərait yaradılır. Odur ki, vaxt itirmədən mərkəzimizə yaxınlaşaraq bu fürsətlərdən yararlana bilərsiniz. Eyni zamanda təhsil ekspertlərimizlə birgə müxtəlif ölkələr, oradakı həyat şəraiti, günləik yaşam və nəqliyyat xərcləri və s. kimi sizi maraqlandıran mövzularda geniş müzakirə apara bilərsiniz.
Xaricdə bakalavr təhsil üçün tələb olunan sənədlərə aşağıdakılar daxildir:
Orta məktəb attestatı;
3×4 fotoşəkil;
Xarici passport;
18 yaşa çatmamış gənclərin valideynləri tərəfindən arayış
Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası ərazisində tanınan xarici ali təhsil müəssisələri ilə bağlı hər hansı siyahı müəyyənləşdirilməyib. Ancaq tələbənin müraciət etdiyi universitetin həmin ölkədə dövlət səviyyəsində rəsmi qeydiyyatdan keçməsinə diqqət yetirmək tövsiyyə olunur. Qeyd edək ki, mərkəzimizdə namizədlərin diplomları ölkəmizdə və Avropada tanınan nüfuzlu universitetlərə qəbulu həyata keçirilir.
Qafqaz Təhsil Mərkəzində tələbələrin arzularına uyğun istədikləri xarici universitetlərdə tələbə adını qazanmaları təmin olunur. Namizədlər arasında Türkiyə, Polşa, Litva,Latviya, Ukrayna, Rusiya, Gürcüstan və s. kimi ölkələrin qabaqcıl ali təhsil ocaqlarına maraq göstərməsi üstünlük təşkil edir.
Ödənişsiz peşəkar mütəxəssis dəstəyi
Universitetlərə yüz faizlik qəbul zəmanəti
Əsgərlikdən möhlət hüququ
Büdcənizə uyğun universitetlərə qəbul
Viza alınmasına dəstək
Xarici ölkədə qarşılanma
Tələbələrin yataqxanalara və ya evlərə yerləşdirilməsi
Xarici universitetlərdə ortalama təhsil haqqları 300$-dan başlayır. Ümumilikdə isə təhsil haqqları ölkənin şəraitindən və təhsil alınacaq universitetin özəl yoxsa dövlət müəssisəsi olmasından asılı olaraq dəyişir.
Bəli, mərkəzimizdə tələbələrin istəyinə uyğun bütün təhsil formalarında (əyani,qiyabi,distant) qəbulları həyata keçirilir.
Nüfuzlu universitetlərin əksəriyyəti xarici tələbələr üçün geniş ixtisas siyahısı təqdim edir. Hüquq, iqtisadiyyat, tibb, kompüter elmləri, psixologiya, fizika, coğrafiya və s. kimi bir çox ixtisaslarda təhsil almağınız mümkündür.
Türkiyənin nüfuzlu universitetlərində tək attestat sənədiylə yaxud aşağıda qeyd olunan imtahanlardan yüksək nəticə toplamaqla tələbə adını qazanmaq mümkündür :
YÖS (Yabancı Öğrenci Sınavı)
SAT (Scholastic Aptitude/Assessment Test)
TÖMER ( Türk dili haqqında sertifikat)
Türkiyədə magistr təhsili üçün bakalavr diplomu yaxud aşağıdakı sertifikatlar tələb edilir:
ALES (Akademik Personel ve Lisansüstü Eğitimi Giriş Sınavı)
TOEFL (Test of English as a Foreign Language)