Xaricdə Attestatla Təhsil

Xaricdə attestatla təhsil

Dünyanın bir çox dövlətləri xarici tələbələrin öz ölkələrinə axın etməsi üçün müxtəlif təhsil güzəştləri təqdim edir. Bu, müvafiq ölkələrin təhsil, turizm eləcə də digər sahələri üçün sosial-mədəni rifaha əsaslanan inkişaf siyasətləri ilə əlaqəlidir. Beləliklə karyerasında və dünyagörüşündə yeniliklər kəşf etmək istəyən, arzuladığı şəhərlərdə yaşamaq xəyalı olanlar üçün inanılmaz fürsətlər yaranır. Qafqaz Təhsil Mərkəzi gənclərin və xarici ölkələrdə təhsil almaq istəyi olan bütün şəxslərin inkişafına dəstək məqsədi ilə dünyanın bir çox nüfuzlu universitetləri ilə əməkdaşlıq edir. Bu isə imtahan vermədən tək attestat sənədi ilə arzuladığınız ölkədə tələbə adını qazanacağınızdan xəbər verir. Üstəlik mərkəzimizdə təhsil haqqının büdcənizə uyğun olmasına xüsusi diqqət göstərilir. Yeni ölkədə unudlmaz günlər yaşamaq, peşəkar mütəxəssis olmaq, bol təcrübə qazanmaq imkanları səni gözləyir!
Heç bir imtahan nəticəsi tələb olunmur!

Lazımi sənədlər:

– Məktəbdən arayış və ya attestat
– Xarici pasport
– Qiymət ortalaması. (9-10-11-ci sinif qiymətləri)
– 3×4 ə şəkil
Təhsil həyatınıza qayğı və sevgiylə yanaşan bir mərkəz!

Xaricdə bakalavr təhsil üçün tələb olunan sənədlərə aşağıdakılar daxildir:
Orta məktəb attestatı;
3×4 fotoşəkil;
Xarici passport;
18 yaşa çatmamış gənclərin valideynləri tərəfindən arayış

Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası ərazisində tanınan xarici ali təhsil müəssisələri ilə bağlı hər hansı siyahı müəyyənləşdirilməyib. Ancaq tələbənin müraciət etdiyi universitetin həmin ölkədə dövlət səviyyəsində rəsmi qeydiyyatdan keçməsinə diqqət yetirmək tövsiyyə olunur. Qeyd edək ki, mərkəzimizdə namizədlərin diplomları ölkəmizdə və Avropada tanınan nüfuzlu universitetlərə qəbulu həyata keçirilir.

Qafqaz Təhsil Mərkəzində tələbələrin arzularına uyğun istədikləri xarici universitetlərdə tələbə adını qazanmaları təmin olunur. Namizədlər arasında Türkiyə, Polşa, Litva,Latviya, Ukrayna, Rusiya, Gürcüstan və s. kimi ölkələrin qabaqcıl ali təhsil ocaqlarına maraq göstərməsi üstünlük təşkil edir.

Ödənişsiz peşəkar mütəxəssis dəstəyi
Universitetlərə yüz faizlik qəbul zəmanəti
Əsgərlikdən möhlət hüququ
Büdcənizə uyğun universitetlərə qəbul
Viza alınmasına dəstək
Xarici ölkədə qarşılanma
Tələbələrin yataqxanalara və ya evlərə yerləşdirilməsi

Xarici universitetlərdə ortalama təhsil haqqları 300$-dan başlayır. Ümumilikdə isə təhsil haqqları ölkənin şəraitindən və təhsil alınacaq universitetin özəl yoxsa dövlət müəssisəsi olmasından asılı olaraq dəyişir.

Bəli, mərkəzimizdə tələbələrin istəyinə uyğun bütün təhsil formalarında (əyani,qiyabi,distant) qəbulları həyata keçirilir.

Nüfuzlu universitetlərin əksəriyyəti xarici tələbələr üçün geniş ixtisas siyahısı təqdim edir. Hüquq, iqtisadiyyat, tibb, kompüter elmləri, psixologiya, fizika, coğrafiya və s. kimi bir çox ixtisaslarda təhsil almağınız mümkündür.

 

Türkiyənin nüfuzlu universitetlərində tək attestat sənədiylə yaxud aşağıda qeyd olunan imtahanlardan yüksək nəticə toplamaqla tələbə adını qazanmaq mümkündür :
YÖS (Yabancı Öğrenci Sınavı)
SAT (Scholastic Aptitude/Assessment Test)
TÖMER ( Türk dili haqqında sertifikat)

Türkiyədə magistr təhsili üçün bakalavr diplomu yaxud aşağıdakı sertifikatlar tələb edilir:
ALES (Akademik Personel ve Lisansüstü Eğitimi Giriş Sınavı)
TOEFL (Test of English as a Foreign Language)