Türkiyə Universitetlərinə Qəbul
Türkiyə Universitetlərinə qəbul
Təhsil illəri insan həyatının ən rəngarəng, enerji dolu günlərinə yəni gənclik dövrünə təsadüf edir. Təcrübə göstərir ki, məhz bu illərdə qazanılan uğurlar, yeni dostlar, yaşanılan xoş xatirələr insanın bütün ömrü boyu müsbət təsirini göstərir. Xüsusilə təhsil müddətini fərqli ölkələrdə dəyərləndirmək fürsəti yaranarsa istisnasız bu şansı qaçırmamaq tövsiyyə olunur. Bəzən müxtəlif səbəblərdən əsasən də maddi sıxıntılara görə bir çox şəxslər bu xəyalından imtina etməli olur. Ancaq qeyd edək ki. Qafqaz Təhsil Mərkəzi büdcənizə və arzularınıza uyğun münasib qiymətli Türkiyə universitetlərində təhsil almağınıza şərait yaradır. Nüfuzlu Türkiyə universitetlərində sadəcə attestat sənədi ilə yaxud aşağıda qeyd olunan imtahanlardan yüksək nəticə toplayaraq bakalavr təhsili ala bilərsiniz :
• YÖS (Yabancı Öğrenci Sınavı)
• SAT (Scholastic Aptitude/Assessment Test)
• TÖMER ( Türk dili haqqında sertifikat)
Magistr təhsili üçün isə bakalavr diplomu ilə müraciət etməyiniz yaxud aşağıdakı setfikatları əldə etməyiniz tələb olunur:
• ALES (Akademik Personel ve Lisansüstü Eğitimi Giriş Sınavı)
• TOEFL (Test of English as a Foreign Language)
Qeyd edək ki, yuxarıda qeyd olunan imtahan və sertifikatlardan yüksək nəticə əldə etmək istəyən bütün namizədlər mərkəzimizin hazırlıq kurslarından yararlana bilər!
Xaricdə bakalavr təhsil üçün tələb olunan sənədlərə aşağıdakılar daxildir:
Orta məktəb attestatı;
3×4 fotoşəkil;
Xarici passport;
18 yaşa çatmamış gənclərin valideynləri tərəfindən arayış
Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası ərazisində tanınan xarici ali təhsil müəssisələri ilə bağlı hər hansı siyahı müəyyənləşdirilməyib. Ancaq tələbənin müraciət etdiyi universitetin həmin ölkədə dövlət səviyyəsində rəsmi qeydiyyatdan keçməsinə diqqət yetirmək tövsiyyə olunur. Qeyd edək ki, mərkəzimizdə namizədlərin diplomları ölkəmizdə və Avropada tanınan nüfuzlu universitetlərə qəbulu həyata keçirilir.
Qafqaz Təhsil Mərkəzində tələbələrin arzularına uyğun istədikləri xarici universitetlərdə tələbə adını qazanmaları təmin olunur. Namizədlər arasında Türkiyə, Polşa, Litva,Latviya, Ukrayna, Rusiya, Gürcüstan və s. kimi ölkələrin qabaqcıl ali təhsil ocaqlarına maraq göstərməsi üstünlük təşkil edir.
Ödənişsiz peşəkar mütəxəssis dəstəyi
Universitetlərə yüz faizlik qəbul zəmanəti
Əsgərlikdən möhlət hüququ
Büdcənizə uyğun universitetlərə qəbul
Viza alınmasına dəstək
Xarici ölkədə qarşılanma
Tələbələrin yataqxanalara və ya evlərə yerləşdirilməsi
Xarici universitetlərdə ortalama təhsil haqqları 300$-dan başlayır. Ümumilikdə isə təhsil haqqları ölkənin şəraitindən və təhsil alınacaq universitetin özəl yoxsa dövlət müəssisəsi olmasından asılı olaraq dəyişir.
Bəli, mərkəzimizdə tələbələrin istəyinə uyğun bütün təhsil formalarında (əyani,qiyabi,distant) qəbulları həyata keçirilir.
Nüfuzlu universitetlərin əksəriyyəti xarici tələbələr üçün geniş ixtisas siyahısı təqdim edir. Hüquq, iqtisadiyyat, tibb, kompüter elmləri, psixologiya, fizika, coğrafiya və s. kimi bir çox ixtisaslarda təhsil almağınız mümkündür.
Türkiyənin nüfuzlu universitetlərində tək attestat sənədiylə yaxud aşağıda qeyd olunan imtahanlardan yüksək nəticə toplamaqla tələbə adını qazanmaq mümkündür :
YÖS (Yabancı Öğrenci Sınavı)
SAT (Scholastic Aptitude/Assessment Test)
TÖMER ( Türk dili haqqında sertifikat)
Türkiyədə magistr təhsili üçün bakalavr diplomu yaxud aşağıdakı sertifikatlar tələb edilir:
ALES (Akademik Personel ve Lisansüstü Eğitimi Giriş Sınavı)
TOEFL (Test of English as a Foreign Language)