Türkiyə digər Avropa dövlətləri ilə müqayisədə tələbələrin ən sevimli ölkələri siyahısında ilk sıralarda yer alır. Yüksək səviyyəli təhsil sistemi, peşəkar mütəxəssislərdən ibarət müəllim heyyəti, rəngarəng həyat tərzinə sahib şəhərləri, müasir standartlara cavab verən universitet şəhərcikləri və yaşayış xərclərinin münasib olması ölkə universitetlərinin reytinqini yüksəldir. Ölkəmizdən də hər il minlərlə gənc təhsil almaq üçün Türkiyə universitetlərinə müraciət edir. Gəlin, tələbələr üçün ən önəmli məsələlərdən biri olan yaşayış xərclərinin təqribi miqdarına nəzər salaq. Ümumilikdə qida, geyim, əyləncə, yaşayış yeri, nəqliyyat, telefon, internet və s. xərclər üçün aylıq təxminən 400-500 dollar kifayət edir. Kitablar və inzibati ödənişlər üçün semestr ərzində təqribən 100-150 dollar xərclənir. Qeyd edək ki, bu rəqəmlər yaşanılacaq bölgədən və həyat tərzinizdən asılı olaraq dəyişə bilər. Bundan başqa nəqliyyat vasitələrində, alış-veriş mərkəzlərində və ya digər məntəqələrdə tələbə kartı ilə endrim əldə etmək də mümkündür.