Türkiyə universitetləri azərbaycanlı tələbələr tərəfindən ən çox müraciət olunan ali təhsil ocaqları arasında birinciliyini qoruyur. Burada təhsil haqqlarının, gediş-gəliş və yaşayış xərclərinin Avropa ökələri ilə müqayisədə daha münasib olması eyni zamanda son dövrlər Türkiyə təhsil sisteminin sürətli inkişafı böyük rol oynayır. Qardaş ölkə tələbə adını qazanmaq üçün namizədlərə müxtəlif güzəştli seçim şansları yaradır. Bəs Türkiyədə təhsil almaq üçün nə etməliyik? Ölkəmizdə bu istiqamətdə böyük uğurlara imza atan, 7000+ çox gəncə tələbə adını qazandıran Qafqaz Təhsil Mərkəzinin tələbələrin inkişafına dəstək məqsədli xaricdə təhsil xidmətləri paketindən yararlana bilərsiniz. Beləliklə, namizədlərə ilk olaraq heç bir imtahan vermədən sadəcə attestat sənədi ilə arzuladığı universitetlərə qəbul olmaq şansı təklif olunur. Bu zaman onların aşağıdakı sənədlər toplusunu təqdim etmələri vacibdir:
Orta məktəb attestatı;
3×4 fotoşəkil;
Xarici passport;
18 yaşa çatmamış gənclərin valideynləri tərəfindən arayış.
Yaxud YÖS (Yabancı Öğrenci Sınavı) , SAT (Scholastic Aptitude/Assessment Test) , TÖMER ( Türk dili haqqında sertifikat) imtahan nəticələri ilə nüfuzlu universitetlərdə bakalavr səviyyəsi üzrə təhsil almaq mümkündür. Magistratura təhsil pilləsi üzrə isə tələbələrə həm bakalavr diplomu ilə həm də ALES (Akademik Personel ve Lisansüstü Eğitimi Giriş Sınavı) , TOEFL (Test of English as a Foreign Language) sertifikatları ilə təhsil almaq imkanları təqdim olunur. Bakalavr diplomu ilə müraciət etmək istəyən şəxslər aşağıdakı sənədlər toplusunu təqdim etməlidir: Bakalavr pilləsi üzrə diplom:
Transkript
Europass CV
Xarici Passport
2 ədəd Referans məktubu
Qeyd edək ki, Qafqaz Təhsil Mərkəzində Türkiyədə təhsil almaq üçün tələb olunan YÖS, TÖMER, ALES, TOEFL kimi imtahanlara hazırlıq kursları da fəaliyyət göstərir.