Qiyabi təhsil forması iş adamları, ikinci təhsilini almaq istəyən eləcə də evdən öyrənməyi sevənlər üçün ən optimal tədris üsullarından hesab olunur. Bu zaman ildə cəmi iki dəfə universitetə getməyiniz tələb olunur. Nəticədə vaxtınıza qənaət edərək nüfuzlu universitetlərin diplomuna sahib olmaq şansı yaranır. Azərbaycanlı tələbələrin qiyabi təhsil forması üzrə müraciət etdikləri xarici universitetlər arasında Türkiyənin ali təhsil ocaqları ön sıralardadır. Qardaş ölkənin 68 qabaqcıl ali təhsil müəssisəsi “uzaktan eğitim” adlandırdıqları qiyabi təhsil sistemi üzrə tələbələrin müraciətlərini qəbul edir. Beləliklə, imtahanlarsız sadəcə bakalavr diplomu ilə tələbə adını qazanmaq mümkündür. Qəbul olduqdan sonra isə 6 aydan bir Türkiyəyə gedib smestr imtahanlarında iştirak etməyiniz tələb olunacaq. Universitetlərdə illik təhsil haqqı qiymətləri isə 2000 tl-dən (cari məzənnə ilə təxminən 200 manat) başlayır. Türkiyə universitetlərində qiyabi təhsil almaq üçün tələb olunan sənədlər toplusuna aşağıdakı siyahıdan nəzər sala bilərsiniz:
Attestat sənədinin təcümə olunmuş və notarial qaydada təsdiqi
Bakalavr diplomunun təcümə olunmuş və notarial qaydada təsdiqi
Rəsmi transkript sənədi
Şəxsiyyət vəsiqəsi
3×4 ölçüdə 10 ədəd fotoşəkil
Arzuladığınız ixtisas üzrə aşağıdakı universitetlərdə təhsil ala bilərsiniz:
Atatürk Universitesi
Ondokuz Mayıs Universitesi
Ege Universitesi
Akdeniz Universitesi
Yıldız Teknik Universitesi
İstanbul Universitesi
Kırklareli Universitesi
Trakya Universitesi
Bursa Uludağ Universitesi
Konya Teknik Universitesi
Mimar Sinan Universitesi
Balıkesir Universitesi
Necmettin Erbaka Universitesi
Çanakkale Onsekiz Mart Universitesi
Ankara Universitesi
Batman Universitesi
Kütahya Universitesi
Ortadoğu Teknik Universitesi
Selçuk Universitesi
Muğla Sıtkı Koçman Universitesi
Qafqaz Təhsil Mərkəzi qiyabi təhsil almaq istəyən namizədləri öz təhsil xidmətlərindən yararlanmağı təklif edir. Bu zaman tələbələr nüfuzlu universitetlərə yüz faizlik qəbul zəmanəti, il ərzində Türkiyəyə yollanarkən və tədris müddəti ərzində tələbələr üçün nəzərdə tutulan dəstək xidmətindən yararlanmaq fürsəti əldə edir.