Türkiyə Universitetləri
Türkiyə Universitetləri
Azərbaycanlı tələbələrin xaricdə təhsil üçün ən çox üz tutduğu ölkələr siyahısında Türkiyə uzun illərdir ki, liderliyini qoruyub saxlayır. Təhsil sisteminin sürətlə inkişafı, tədris metodlarının yenilənərək tətbiqi, müasir standartlara cavab verən universitet şəhərcikləri, yaşayış şəraitinin və nəqliyyatın digər ölkələrlə müqayisədə sərfəli olması buranı tələbələrin sevimli bölgəsinə çevirib. Eyni zamanda müxtəlif mədəniyyətlərə ev sahibliyi edən şəhərlərdə rəngarəng həyat tərzi, insanların səmimiliyi, xüsusi ilə xidmət sektorunun həddsiz inkişafı insanları bu ölkəyə gəlməyə vadar edir. Çünkü hər birimiz fərqli ölkəyə üz tutarkən maksimum formada rahatlığa meyilli, qayğı görə biləcəyimiz bölgələr diqqətimizi daha çox çəkir. Dövlətin məhz bu cür məqamlara diqqət yetirərək inkişaf etməsi buradakı universitetlərdə təhsil alan gənclərin gələcək karyeralarına da müsbət təsirsiz ötüşmür. Qafqaz Təhsil Mərkəzi bütün bunları nəzərə alaraq ölkə gənclərinin Türkiyədə təhsil xəyallarına qovuşdurmaq istiqamətində uğurlu addımlar atır. Şirkət uzun illərə dayanan təcrübəsi, hər biri xarici ölkələrdə təhsil alan ekspert komandası ilə hər il yüzlərlə gəncin tələbə adını qazanmasına nail olur. Mərkəz namizədlərə fərq qoymadan, hər birinə xüsusi diqqətlə yanaşaraq peşəkar təhsil xidmətlərini təklif edir.
- Arzuladığınız universitet və ixtisasa 100%-lik qəbul zəmanəti verilir;
- Bütün prosedurlar rəsmi formada sənədləşdirilir;
- Tələbənin xarici ölkədə qarşılanması üçün xüsusi komanda ayrılır;
- İstəyə və büdcəyə uyğun yataqxana yaxud evlərin tapılmasında dəstək göstərilir;
- Tədris müddəti ərzində mərkəz tələbələrlə yaxından maraqlanır.
Xaricdə bakalavr təhsil üçün tələb olunan sənədlərə aşağıdakılar daxildir:
Orta məktəb attestatı;
3×4 fotoşəkil;
Xarici passport;
18 yaşa çatmamış gənclərin valideynləri tərəfindən arayış
Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası ərazisində tanınan xarici ali təhsil müəssisələri ilə bağlı hər hansı siyahı müəyyənləşdirilməyib. Ancaq tələbənin müraciət etdiyi universitetin həmin ölkədə dövlət səviyyəsində rəsmi qeydiyyatdan keçməsinə diqqət yetirmək tövsiyyə olunur. Qeyd edək ki, mərkəzimizdə namizədlərin diplomları ölkəmizdə və Avropada tanınan nüfuzlu universitetlərə qəbulu həyata keçirilir.
Qafqaz Təhsil Mərkəzində tələbələrin arzularına uyğun istədikləri xarici universitetlərdə tələbə adını qazanmaları təmin olunur. Namizədlər arasında Türkiyə, Polşa, Litva,Latviya, Ukrayna, Rusiya, Gürcüstan və s. kimi ölkələrin qabaqcıl ali təhsil ocaqlarına maraq göstərməsi üstünlük təşkil edir.
Ödənişsiz peşəkar mütəxəssis dəstəyi
Universitetlərə yüz faizlik qəbul zəmanəti
Əsgərlikdən möhlət hüququ
Büdcənizə uyğun universitetlərə qəbul
Viza alınmasına dəstək
Xarici ölkədə qarşılanma
Tələbələrin yataqxanalara və ya evlərə yerləşdirilməsi
Xarici universitetlərdə ortalama təhsil haqqları 300$-dan başlayır. Ümumilikdə isə təhsil haqqları ölkənin şəraitindən və təhsil alınacaq universitetin özəl yoxsa dövlət müəssisəsi olmasından asılı olaraq dəyişir.
Bəli, mərkəzimizdə tələbələrin istəyinə uyğun bütün təhsil formalarında (əyani,qiyabi,distant) qəbulları həyata keçirilir.
Nüfuzlu universitetlərin əksəriyyəti xarici tələbələr üçün geniş ixtisas siyahısı təqdim edir. Hüquq, iqtisadiyyat, tibb, kompüter elmləri, psixologiya, fizika, coğrafiya və s. kimi bir çox ixtisaslarda təhsil almağınız mümkündür.
Türkiyənin nüfuzlu universitetlərində tək attestat sənədiylə yaxud aşağıda qeyd olunan imtahanlardan yüksək nəticə toplamaqla tələbə adını qazanmaq mümkündür :
YÖS (Yabancı Öğrenci Sınavı)
SAT (Scholastic Aptitude/Assessment Test)
TÖMER ( Türk dili haqqında sertifikat)
Türkiyədə magistr təhsili üçün bakalavr diplomu yaxud aşağıdakı sertifikatlar tələb edilir:
ALES (Akademik Personel ve Lisansüstü Eğitimi Giriş Sınavı)
TOEFL (Test of English as a Foreign Language)