Türkiyədə Attestatla Təhsil
Türkiyədə attestatla təhsil
Əvvəlki illərlə müqayisədə hazırda ölkəmizdə təhsil almağa meyilli olan gənclərin sayı durmadan artır. Müasir elmin, texnologiyanın sürətli inkişafı artıq insanlar arasında müəyyən rəqabət mühitini formalaşdırır ki, biliyi, dünyagörüşü və təcrübəsi daha çox olanlar üstünlük əldə edir. Təbii ki, müəyyən yaş dövründə təhsilə dair düzgün qərarların verilməsi gələcəkdə uğur zirvələrini fəth etməyə stimul verir. Beləliklə təhsil alınacaq universitetin, şəhərin, ixtisasın seçilməsi böyük əhəmiyyət kəsb edir. Xüsusilə tələbəlik illərinin fərqli ölkədə dəyərləndirilməsi insanın şəxsi həyatında və karyerasında saysız uğurlar qazanmasına şərait yaradır. Bu münasibətlə Qafqaz Təhsil Mərkəzində gənclərin gələcək karyeralarında prespektivli imkanlar əldə edəcəyi xarici universitetlərə qəbulu həyata keçirir. Son statistik göstəricilərə əsasən məlum olub ki, gənclər arasında yaşayış şəraiti, təhsil haqqları nisbətən sərfəli olduğu üçün Türkiyə universitetləri daha populyardır. Üstəlik qardaş ölkənin 2011-ci ildən etibarən universitetlərə yalnız YÖS imtahan nəticəsi ilə qəbul şərtini ləğv etməsi azərbaycanlı namizədlərə yeni fürsətlər yaratdı. Beləliklə artıq sadəcə attestat sənədi ilə Türkiyənin dünya çapında tanınan qabaqcıl universitetlərində tələbə olmaq bir göz qırpımı qədər gerçəkdir. Türkiyənin tələbə yönümlü şəhərlərinə aşağıdakı siyahıdan nəzər sala bilərsiniz:
-
Ankara
-
Antalya
-
Adana
-
Aydın
-
Çanakkale
-
Düzce
-
Denizli
-
Eskişehir
-
Giresun
-
İstanbul
-
İzmir
-
Ordu
Xaricdə bakalavr təhsil üçün tələb olunan sənədlərə aşağıdakılar daxildir:
Orta məktəb attestatı;
3×4 fotoşəkil;
Xarici passport;
18 yaşa çatmamış gənclərin valideynləri tərəfindən arayış
Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası ərazisində tanınan xarici ali təhsil müəssisələri ilə bağlı hər hansı siyahı müəyyənləşdirilməyib. Ancaq tələbənin müraciət etdiyi universitetin həmin ölkədə dövlət səviyyəsində rəsmi qeydiyyatdan keçməsinə diqqət yetirmək tövsiyyə olunur. Qeyd edək ki, mərkəzimizdə namizədlərin diplomları ölkəmizdə və Avropada tanınan nüfuzlu universitetlərə qəbulu həyata keçirilir.
Qafqaz Təhsil Mərkəzində tələbələrin arzularına uyğun istədikləri xarici universitetlərdə tələbə adını qazanmaları təmin olunur. Namizədlər arasında Türkiyə, Polşa, Litva,Latviya, Ukrayna, Rusiya, Gürcüstan və s. kimi ölkələrin qabaqcıl ali təhsil ocaqlarına maraq göstərməsi üstünlük təşkil edir.
Ödənişsiz peşəkar mütəxəssis dəstəyi
Universitetlərə yüz faizlik qəbul zəmanəti
Əsgərlikdən möhlət hüququ
Büdcənizə uyğun universitetlərə qəbul
Viza alınmasına dəstək
Xarici ölkədə qarşılanma
Tələbələrin yataqxanalara və ya evlərə yerləşdirilməsi
Xarici universitetlərdə ortalama təhsil haqqları 300$-dan başlayır. Ümumilikdə isə təhsil haqqları ölkənin şəraitindən və təhsil alınacaq universitetin özəl yoxsa dövlət müəssisəsi olmasından asılı olaraq dəyişir.
Bəli, mərkəzimizdə tələbələrin istəyinə uyğun bütün təhsil formalarında (əyani,qiyabi,distant) qəbulları həyata keçirilir.
Nüfuzlu universitetlərin əksəriyyəti xarici tələbələr üçün geniş ixtisas siyahısı təqdim edir. Hüquq, iqtisadiyyat, tibb, kompüter elmləri, psixologiya, fizika, coğrafiya və s. kimi bir çox ixtisaslarda təhsil almağınız mümkündür.
Türkiyənin nüfuzlu universitetlərində tək attestat sənədiylə yaxud aşağıda qeyd olunan imtahanlardan yüksək nəticə toplamaqla tələbə adını qazanmaq mümkündür :
YÖS (Yabancı Öğrenci Sınavı)
SAT (Scholastic Aptitude/Assessment Test)
TÖMER ( Türk dili haqqında sertifikat)
Türkiyədə magistr təhsili üçün bakalavr diplomu yaxud aşağıdakı sertifikatlar tələb edilir:
ALES (Akademik Personel ve Lisansüstü Eğitimi Giriş Sınavı)
TOEFL (Test of English as a Foreign Language)