Qafqaz xaricdə təhsil mərkəzinin rəhbəri Nigar Məmmədli 2 universitetdən ( Ankara Gazi Universiteti Xarici dillər fakultəsi və Anadolu universiteti Maliyyə ixtisası) məzun olmuşdur. Ankara Anadolu Liseyində 7 ay müəllimə olaraq fəaliyyət göstərib. SOCAR nəzdində Bakı Ali Neft Məktəbi tələbələrlə iş şöbəsində 1 il metodist olaraq çalışmışdır. Bundan əlavə, Azərbaycan tibb tələbələrinin rezidentura üçün Türkiyəyə getməsi üçün Türkiyədə 40 ayrı filialı olan məşhur TUSDATA’da icraçı rəhbəri olaraq fəaliyyət göstərmişdir.
Xaricdə təhsil sahəsində illər ərzində mütəxəssis, sonra baş mütəxəssis, indi isə bu sahədə fəaliyyət göstərən komandanın lideri, şirkətin rəhbəri olaraq fəaliyyətini davam etdirir.